Rusların Ukraynada öldürdükləri uşaqların sayı 183-ə çatdı

saytların hazırlanması

Evə çatdırılma

Rusların Ukraynada öldürdükləri uşaqların sayı 183-ə çatdı

Dünya

11 Aprel 2022 11:54 766


İndiyədək Ukraynadakı müharibədə 183 uşaq həlak olub, 342 uşaq isə yaralanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, uşaqlardan 110-u Donetsk, 98-i isə Kiyevdə qətlə yetirilib. Marqarita pizza

Belə ki, Xarkovda 76, Çerniqovda  54, Nikolayevdə 40, Luqanskda 35, Zaparojyedə 22, Sumıda 16, Jitomirdə isə 15 uşaq öldürülüb.
Rusiya silahlı qüvvələrinin bombardmanı nəticəsində 938 təhsil müəssisəsi zərər görüb, onlardan 87-si tamamilə məhv edilib.

BMT-nin hesablamalarına görə, Ukraynada 1793 dinc sakin həlak olub. Bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının məlumatında deyilir. Amma bunun tam gerçəkliyi əks etdirmədiyi də bildirilir. Çünki rəqəmlər daha böyük olar bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!