Ukraynada müharibə başlayandan indiyədək həlak olan mülki şəxslərin sayı açıqlanıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları Ali Komissarlığı məlumat yayıb.
Bildirilib ki, Rusiyanın Ukraynaya qarşı müharibəyə başladığı 24 fevral tarixindən bu günə qədər mülki əhali arasında zərərçəkənlərin sayı 10 094 nəfər təşkil edib. Onlardan 4509 dinc sakin həyatını itirib. pizza hut
Məlumata görə, müharibə dövründə 1747 kişi, 1166 qadın, 129 oğlan və 124 qız ölüb, 41 uşağın və 1302 nəfərin (böyüklər) cinsiyyəti hələ müəyyən edilməyib.
Bundan əlavə, qeyd olunub ki, xəsarət alan 5585 nəfərdən 166-sı oğlan, 125-i qızdır, 172 uşağın cinsiyyəti hələ müəyyən olunmayıb.
Telegram kanalımız