“Rüstəm Muradovun xələfi də özü kimi olacaq” - Politoloq

saytların hazırlanması

Evə çatdırılma

“Rüstəm Muradovun xələfi də özü kimi olacaq” - Politoloq

Siyasət

07 Sentyabr 2021 16:10 3051


Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanı general-leytenant Rüstəm Muradov vəzifəsindən ayrıldı.

Siyasi şərhçi Teymur Qasımlı Yenisabah.az-a açıqlamasında Rüstəm Muradovun 1illik fəaliyyətini mənfi dəyərləndirib:

“Rüstəm Muradovun bir illik fəaliyyətini mənfi dəyərləndirirəm. Bunun müəyyən səbəbləri var. pizza sifarişi

İlk səbəb odur ki, Muradov fəaliyyəti dövründə ermənilərə tərəfkeşlik edib. Sülhməramlıların rəhbəri olaraq tərəfkeşlik etdiyinə görə ya beynəlxalq hüquqdan bixəbərdir.

İkinci səbəb - Muradovun dövründə Ermənistan-Azərbaycan sərhədində gərginliyin artması müşahidə olunub, şəhid vermişik. Azərbaycan Respublikasının ərazisinə diversantlar, terroristlər keçib. Hara baxırdı sülhməramlılar? Niyə onların rəhbəri bu hadisələrə göz yumub, tədbir görülməyib?

Azərbaycan tərəfi diversantları əsir götürdükdən sonra Rüstəm Muradov canla-başla çalışırdı ki, onlar geri qaytarılsın. Dəfələrlə Bakıya gəlmiş və əliboş qayıtmışdı.

Azərbaycan Müdafiə Nazirliyinin verdiyi 11 avqust bəyanatına, ölkə prezidentinin çıxışlarında səslənən etirazlara baxmayaraq, sülhməramlılar özbaşınalıqlarını dayandırmır, missiyalarını düzgün yerinə yetirmədilər. Buna görə də Rüstəm Muradovun 1 illik fəaliyyət çox mənfidir”.

Teymur Qasımlı 200 ildir rus imperiyasının apardığı siyasəti bu günə qədər Rüstəm Muradovun da davam etdirdiyini qeyd edib:

“200 il rus imperiyası generalları Qafqazda eyni siyasəti həyata keçirib. Muradov da həmin generallardan idi və sələflərinin işini davam etdirirdi. Onun yerinə təyin olunacaq şəxsin maraqlı hərbi bioqrafiyası var. Lakin ondan da heç bir mənfi cəhət gözləmirəm".

Mehri Qurban

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!