Saakaşvili Qarabağın azad olunmasından yazdı

saytların hazırlanması

Evə çatdırılma

Saakaşvili Qarabağın azad olunmasından yazdı

Siyasət

03 Oktyabr 2023 10:44 447


Gürcüstanın sabiq prezidenti, hazırda vətənində həbsdə olan Mixeil Saakaşvili “Facebook” səhifəsində qondarma rejimin keçmiş “dövlət naziri”, iş adamı Ruben Vardanyanın Azərbaycan tərəfindən saxlanılmasından bəhs edib.

Yenisabah.az xəbər verir ki, eks-prezident bu barədə deyib:

“Ətrafımızda yaxşı və şər arasında qarşıdurma var. Azərbaycan Rusiyanın Ukraynadakı müharibəsinə fəal dəstək verən milyarder Ruben Vardanyanı, eləcə də qondarma “Abxaziya Respublikası” və “Cənubi Osetiya Respublikası” ilə əlaqələri inkişaf etdirən tanınmamış “DQR”in “xarici işlər naziri” Davit Babayanı və digər separatçıları həbs edib. pizza sifarişi

Beləliklə, bu gün işğal olunmuş ərazilər Qarabağdakı tərəfdaşlarını itirib, qondarma “Artsax” zərərsizləşdirilib.

Bu gün bizim qarşımızda unikal imkanlar açılır və biz onları əldən versək, gələcək nəsillər bizi bağışlamayacaq... Bu missiya Gürcüstanın ərazi bütövlüyünün sülh yolu ilə bərpası və Avropanın bir hissəsinə çevrilməsidir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!