Sabah Bakının iki rayonunda qaz olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Sabah Bakının iki rayonunda qaz olmayacaq

Sosial

07 Oktyabr 2024 21:14 979


Qaradağ və Nizami rayonları ərazisində qaz xətlərinin yerinin dəyişdirilməsi məqsədilə 08.10.2024-cü il saat 09:00-dan qaz təchizatının dayandırılması planlaşdırılır.

Yenisabah.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB-dən bildirilib.

Təmir-quraşdırma işləri görülən müddətdə Qaradağ rayonu üzrə Ümid, Umbakı, Əzimkənd, Sanqaçal qəsəbələrinin və Yol evləri, Bağ evləri yaşayış massivlərinin, həmçinin Nizami rayonu üzrə M.Şərifli, Ə. Kürçaylı, İ. Məmmədov, B.Nuriyev, C.Naxçıvanski, R. Rüstəmov küçələrinin, Qara Qarayev və Babək prospektlərinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!