Sabah bu rayonlarında qaz olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Sabah bu rayonlarında qaz olmayacaq

Sosial

05 Mart 2024 18:47 519


Sabah Balakən və Bakının Xəzər rayonlarının qaz təchizatında fasilə yaranacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

Məlumata görə, martın 6-da saat 09:00-dan “Katex” qaz paylayıcı stansiyalarının (QPS) daxilində aşkar olunmuş qaz sızmasının ləğvi, saat 10:00-dan “Buzovna” QPS-dən qidalanan “Broylerətrafı (Quşçuluq)” yaşayış massivinə gedən qaz kəmərinin birləşmə nöqtəsinin dəyişdirilməsi ilə əlaqədar qaz təchizatının dayandırılması planlaşdırılır. Pepperoni pizza

Təmir işləri aparılan zaman Balakən rayonu üzrə Katex və Baretbinə kəndlərinin, paytaxtın Xəzər rayonu üzrə isə Buzovna qəsəbəsinin Quşçuluq yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!