Sabah evdən çıxmayın - XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Sabah evdən çıxmayın - XƏBƏRDARLIQ

Sosial

05 Avqust 2024 21:21 86399


"İsti günlərdə günvurmaların sayı çoxalacaq. Mümkün qədər saat 12-00-dan 17:00-a kimi evdən çıxmamaq məsləhətdir".

Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla deyib.

Professor vətəndaşlara isti günlərdə sərin yerdə olmağı tövsiyyə edib: pizza hut

"Bu saatlarda çimərliyə də getmək məqsədəuyğun deyil. Çünki günvurma həmişə bu saatlarda olur. Ulturabənövşəyi şüaların düz düşmə vaxtı da bu saatlara  təsadüf edir. Ona görə də yaxşı olar ki, bu saatlarda evdə olun, sərin yerlərə üstünlük versinlər".

Adil Qeybulla isti havada günvurma halları baş verdikdə çıxış yollarını da açıqlayıb:

"Bu xəstələrdə bayılmalar baş verir. Təzyiqin enməsi, huşun getməsi, soyuq tər basması müşahidə edilərsə, onlar dərhal soyuq yerə köçürülməlidir. Xəstənin bədəni soyuq dəsmalla silinməli, alınına soyuq dəsmal qoyulub həkim çağırılmalıdır. İlk yardım düzgün və vaxtında yerinə yetirilsə insanların həyatını xilas etmək mümkündür”. 

Qeyd edək ki, Ekologya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, avqustun 6-da Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturu 35-38° isti olacağı gözlənilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!