“Sabah Paşinyanla danışacağam, onlara xəbərdarlıq edəcəyik ki...” - Ərdoğan

saytların hazırlanması

Evə çatdırılma

“Sabah Paşinyanla danışacağam, onlara xəbərdarlıq edəcəyik ki...” - Ərdoğan

Siyasət

10 Sentyabr 2023 15:39 1034


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyanla Qarabağdakı vəziyyətlə bağlı danışıqlar aparmağa hazırlaşdığını bildirib.

Yenisabah.az xəbər verir ki, bu barədə Ərdoğan G20 Liderlər Zirvəsindəki çıxışı zamanı bəyan edib.

Dövlət başçısı qeyd edib ki, Ermənistanın addımları doğru deyil. pizza hut

“Ermənistanın atdığı addımlar düzgün deyil. Bunu qəbul etmək mümkün deyil. Biz də buna müsbət baxmırıq. Sabah Paşinyanla danışacağam. Bu məsələ ilə bağlı onlara xəbərdarlıq edəcəyik və belə bir “seçki”nin qətiyyən mümkün olmadığını bildirəcəyik. Onsuz da görüşdüyüm ölkələrin heç biri bunu qəbul etmir”, - Ərdoğan bəyan edib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!