Rumıniya hakimiyyəti aprelin 17-dən etibarən Rusiya bayrağı altında üzən gəmilərin Rumıniya limanlarına daxil olmasını qadağan etmək qərarına gəlib.
Yenisabah.az xəbər verir ki, bu barədə “RİA Novosti” Rumıniya Dəniz Departamentinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
“Əgər gəminin köməyə ehtiyacı olduğu zaman orada qalmaq üçün yer axtarırsa, təhlükəsizlik səbəbi ilə limanda təcili dayanma və ya insanların həyatını xilas etməyə ehtiyac varsa, istisna ediləcək. Pepperoni pizza
Bundan başqa, məhdudiyyətlər Aİ-yə qaz, neft, neft məhsulları, mis, kimya və digər mallar daşıyan gəmilərə şamil edilmir”, - deyə məlumatda qeyd olunur.
Telegram kanalımız