Sabir Rüstəmxanlı Mirələmovun etdiyini “xırda şey” adlandırdı

saytların hazırlanması

Evə çatdırılma

Sabir Rüstəmxanlı Mirələmovun etdiyini “xırda şey” adlandırdı

Siyasət

22 Aprel 2021 18:58 1183


Sabiq deputat Hüseynbala Mirələmovun sosial şəbəkələrdə qeyri-etik videosu  yayılıb. Görüntülərdə keçmiş deputat gənc xanıma qarşı biabırçı hərəkətlər edib. Bu, Mirələmovun onlayn tədbirə qoşulması zamanı baş verib. Sözügedən görüntülər qısa müddət ərzində sosial şəbəkələrdə geniş yayılıb və 75 yaşlı deputatın bu hərəkəti müzakirələrə səbəb olub. Ahıl yaşda birinin gənc xanıma qarşı bu cür davranışı birmənalı qarşılanmayıb.

Yenisabah.az xəbər verir ki, məsələ ilə bağlı söz adamlarının fikirləri öyrənilib. Xalq yazıçısı, Yazıçılar Birliyinin sədri Anar hadisədən məlumatlı olmadığını qeyd etdi: “Evimdə oturmuşam, işimlə məşğulam və internetə də girmirəm. Xəbərim yoxdu, görməmişəm. Görmədiyim video haqqında nəsə deyə bilmərəm”.

Xalq şairi, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı bu hadisənin mediada işıqlandırılmasının yanlış olduğunu bildirdi: “Bu görüntüləri yaymaq xəstə şüurun, anormal psxioloji durumun məhsuludur. Hüseynbala Mirələmov bizim çox hörmətli ziyalılarımızdan biridir. Yaxşı yazıçıdır, tanınmış şəxsdir. Bu qədər zəhmətə hörmət etməyib, xırda şeyi yaymaq nə dərəcə doğrudur? Hüseynbala Mirələmovun hərəkəti normal deyil, ancaq yayılması on qat anormal hərəkətdir və ayıbdır”./News24.az  pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!