Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır.
Yenisabah.az xəbər verir ki, avqustun 8-də 2024-2025-ci tədris ili üzrə şagird yerdəyişməsinə start verilir.
Proses sy.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək. Toyuqlu pizza
Yerdəyişmə 2-9 və 11-ci siniflər üçün 8 avqust saat 15:00, 10-cu siniflər üçün isə 15 avqust saat 15:00-dan aktivləşdiriləcək.
Elektron sistemdə ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesinin dayandırılması haqqında məlumat öncədən ictimaiyyətə elan ediləcək.
Telegram kanalımız