Sahibə Qafarova Sofiyada “Naməlum əsgər” abidəsini ziyarət etdi

saytların hazırlanması

Evə çatdırılma

Sahibə Qafarova Sofiyada “Naməlum əsgər” abidəsini ziyarət etdi

Siyasət

12 Sentyabr 2023 23:24 445


Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyətinin Bolqarıstan Respublikasına rəsmi səfəri davam edir. Azərbaycan parlamentinin spikeri sentyabrın 12-də Sofiyanın Aleksandr Nevski meydanında “Naməlum əsgər” abidəsini ziyarət edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Yenisabah.az-a verilən məlumata görə, burada Milli Məclisin sədrini Bolqarıstan Milli Assambleyanın sədri Rossen Jelyazkov qarşılayıb. Azərbaycan nümayəndə heyətinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Milli Məclisin sədri Sahibə Qafarova “Naməlum əsgər” abidəsinin önünə əklil qoyub. Sonra iki ölkənin dövlət himnləri səsləndirilib. pizza hut

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!