Şahin Mustafayev Çinə səfər edəcək

Şahin Mustafayev Çinə səfər edəcək

Siyasət Veb saytların hazırlanması

28 Sentyabr 2023 19:59 204


Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Çinə səfər edəcək.

Yenisabah.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min Bakıda ÇXR-in yaranmasının 74-cü ildönümünə həsr olunmuş tədbirdə deyib.

Səfirin sözlərinə görə, Şahin Mustafayev Çin-Azərbaycan hökumətlərarası ticarət-iqtisadi əməkdaşlığı üzrə Komitənin doqquzuncu iclasına rəhbərlik edəcək.

Şahin Mustafayev isə öz növbəsində qeyd edib ki, noyabr ayında Çində Komissiyanın növbəti iclasının keçirilməsi nəzərdə tutulur:

“Ümid edirəm ki, bu iclasda qəbul edəcəyimiz qərarlar Azərbaycan-Çin əlaqələrinin hərtərəfli inkişafına töhfə verəcək. Azərbaycan nümayəndə heyəti eyni zamanda, Şanxay şəhərində keçiriləcək sərgidə də iştirak edəcək”./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!