Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağdakı qondarma rejimin “prezidenti” Araik Arutyunyanın istefasından təəssüfləndiyini bildirib.
Yenisabah.az xəbər verir ki, bu barədə o, Ermənistanın İctimai Televiziyasına müsahibəsində deyib.
Paşinyan bildirib ki, onlar arasında “çox yaxşı işgüzar atmosfer və qarşılıqlı anlaşma” olub. Pepperoni pizza
“Qarabağın yeni “seçilmiş” “prezidenti” Samvel Şahramanyana gəlincə, hesab edirəm ki, vəziyyət elədir ki, təbrik etmək üçün xüsusi bir şey yoxdur və onun üzərinə çox böyük məsuliyyət düşür”, - Paşinyan niyə hələ də onu təbrik etməməsi sualına cavabında bildirib./Axar.az
Telegram kanalımız