“Sakarya“ qaz yatağında ilk boru dənizə atılır

saytların hazırlanması

Evə çatdırılma

“Sakarya“ qaz yatağında ilk boru dənizə atılır

Dünya

13 İyun 2022 15:21 1034


Türkiyə Qara dənizdəki "Sakarya" yatağından təbii qazın quruya çatdırılacağı ilk borunu dənizə endirir.

Yenisabah.az xəbər verir ki, bu barədə mətbuata Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz məlumat verib.

Türkiyə Qara dənizdə 540 milyard kubmetr qaz hasilatı və nəqli layihəsinə təxminən 10 milyard dollar sərmayə qoyacaq. Türkiyənin Qara dəniz şelfindəki "Sakarya" qaz yatağından Filyos limanına qədər qaz kəmərinin dəniz hissəsinin ümumi uzunluğu 155 kilometr olacaq. pizza

Planlara görə, yataqdan ilk qaz 2023-cü ildə Türkiyəyə gəlməlidir.

"Biz hazırıq? Cəmi bir neçə saat qaldı. Qara dəniz təbii qazının quruya çatdırılacağı ilk boru dənizə enir”, - deyə Dönmez "Twitter"-də yazıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!