Sakinlərin DİQQƏTİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Sakinlərin DİQQƏTİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Sosial

09 Avqust 2024 19:24 750


Biləsuvar rayonunun 16 yaşayış məntəqəsində qaz kəsiləcək.

"Report"un məlumatına görə, rayon ərazisində yerləşən "Biləsuvar 1" və "Biləsuvar 2", eləcə də "Biləsuvar sənaye" ölçü qovşaqları arasında əlaqələndirici qaz xəttinin quraşdırılması məqsədilə Biləsuvar şəhəri, Xırmandalı, Bəydili, Əliabad, Zəhmətabad, Çaylı, Günəşli, İsmətli, Nəsimikənd, Səmədabad, Arazbarı, Muğan, Yuxarı Ağalı, Əsgərabad, Ağayrı, Nərimankənd kəndlərini və qeyri-yaşayış sahələri olmaqla, ümumilikdə 14 700 abonentin qaz təchizatının avqustun 12-də saat 10:00-dan işlər başa çatana qədər dayandırılması planlaşdırılır.

Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!