Şarl Mişel Bakıdan Batumiyə getdi

saytların hazırlanması

Evə çatdırılma

Şarl Mişel Bakıdan Batumiyə getdi

Siyasət

18 İyul 2021 19:37 911


Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Azərbaycandan sonra Gürcüstana səfər edib.

Yenisabah.az xəbər verir ki, onun təyyarəsi Batumi beynəlxalq hava limanında enib.

Ş.Mişeli hava limanında Aİ-nin Gürcüstandakı səfiri Karl Hartzel, Gürcüstanın xarici işlər naziri David Zalkaliani və Acarıstanın hökumət başçısı Tornike Rijvadze qarşılayıb. Marqarita pizza

Aİ rəsmisi sabah Batumidə keçiriləcək “Avropa İttifaqının cəlbetmə qüvvəsi və regionun transformasiyası” adlı konfransda iştirak edəcək. Beynəlxalq tədbirə Gürcüstan prezidenti Salome Zurabişvili, Ukraynanın dövlət başçısı Vladimir Zelenski və Moldova lideri Maya Sandu da qatılacaq.

Ş.Mişelin Gürcüstanın hakim partiya və müxalifət nümayəndələri ilə görüşləri də planlaşdırılıb./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!