Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Hindistanda keçirilən görüş zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edib.
Yenisabah.az xəbər verir ki, bu barədə Şarl Mişel bu barədə “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“G-20 sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdüm. Görüşdə Avropa İttifaqı - Türkiyə münasibətlərinin tam spektri, Qara Dəniz Taxıl Təşəbbüsü və regional məsələlər, xüsusilə Ermənistan-Azərbaycan münasibətləri müzakirə edildi”, - Şarl Mişel sosial şəbəkə hesabında qeyd edib. pizza hut
Telegram kanalımız