Şarl Mişel “etnik təmizləmə” ifadəsindən çəkindi

saytların hazırlanması

Evə çatdırılma

Şarl Mişel “etnik təmizləmə” ifadəsindən çəkindi

Siyasət

03 Oktyabr 2023 14:50 411


Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel erməni əhalinin Qarabağı tərk etməsini etnik təmizləmə cəhdi kimi qələmə verməkdən çəkinib.

Yenisabah.az “Euronews”a istinadla xəbər verir ki, o, telekanal müsahibəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasından danışıb.

Aİ lideri bildirib ki, “sülh hər iki tərəfin öhdəliklərini müəyyən edə biləcək danışıqlar tələb edəcək”. pizza hut

Onun sözlərinə görə, erməni sakinlərin hüquqlarının və təhlükəsizliyinin qorunması üçün Azərbaycan tərəfi böyük məsuliyyət daşıyır.

Şarl Mişel qeyd edib ki, Qarabağı tərk edən erməni sakinlərin böyük bir hissəsi hazırda Ermənistandadır və buna görə də Aİ bu ölkəyə humanitar yardım çatdırmalıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!