Şarl Mişel: Yeni üçtərəfli görüşə razılıq alınıb

saytların hazırlanması

Evə çatdırılma

Şarl Mişel: Yeni üçtərəfli görüşə razılıq alınıb

Siyasət

06 Oktyabr 2023 12:40 440


Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev Brüsseldə Aİ-nin iştirakı ilə üçtərəfli danışıqların aparılmasına dair dəvəti qəbul ediblər.

Yenisabah.az xəbər verir ki, bunu jurnalistlərə Avropa Şurasının prezidenti Şarl Mişel bildirib.

O deyib: "Oktyabrın sonunda hər iki lideri Brüsselə dəvət etmək qərarına gəldim. Hər iki lider Brüsseldəki bu görüşə gəlməyə razılıq verdilər. Biz Azərbaycan və Ermənistan arasında normallaşma istiqamətində irəliləyişə nail olmaq üçün çox çalışmaq niyyətindəyik". Sezar pizza

Ötən gün Avropa Şurasının rəhbəri, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolz Ermənistanın baş naziri Paşinyanla görüşüblər.

Eyni zamanda, Bakıda Azərbaycanın yaxın gələcəkdə Brüsseldə Aİ-Azərbaycan-Ermənistan formatında üçtərəfli görüşlərə hazır olduğu barədə məlumat yayılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!