“Saxta diplomlarla o qədər mərkəzlər açırlar ki!” – Rəşid Mahmudov

saytların hazırlanması

Evə çatdırılma

“Saxta diplomlarla o qədər mərkəzlər açırlar ki!” – Rəşid Mahmudov

Sosial

02 Mart 2024 11:33 707


"Saxta diplomlarla o qədər mərkəzlər açırlar ki! Mən bilmirəm onlar nə iş görürlər. O cür mərkəzlərin fəaliyyəti bəllidir".

Yenisabah.az kult.az-a istinadla xəbər verir ki, bunu tibb elmləri namizədi Rəşid mahmudov deyib.

Autizm mövzusunda danışan həkim qeyd edib: Dördpendirli pizza

"O cür mərkəzlərin əsas fəaliyyəti uşaqları məktəbə qədər hazırlamaqdır, onlarda müəyyən vərdişlər yaratmaqdır. Tam sağaldacaqlarını deyən varsa, hə, fırıldaqçıdır. Autizmli uşaqların müalicəsi ancaq tibb müəssisəsində deyil, o cümlədən, evdə, bağçada da aparılmalıdır. Burada psixoloq konsultasiyası da vacibdir. Autizm elə xəstəlikdir ki, uşaqların da, valideynlərin də psixikasına təsir göstərir.

Hə, doğrudur, o cür uşaqlarda fərqli, xüsusi istedadlar da ola bilir. Bir sözlə, inanın, əmin olun, dediklərimə əməl edin. Mən bunları özümdən demirəm, bunları mənə elm deyir, bildiyim elmi də sizlərə, xəstələrə çatdırıram".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!