Səfa Mirzəyev İkinci Fəxri xiyabanda dəfn olunacaq 

saytların hazırlanması

Evə çatdırılma

Səfa Mirzəyev İkinci Fəxri xiyabanda dəfn olunacaq 

Sosial

23 İyul 2024 10:33 605


Milli Məclis Aparatının sabiq rəhbəri Səfa Mirzəyev ötən gün vəfat edib. 

Modern.az-ın məlumatına görə, mərhumun yas mərasimi Heydər Məscidində keçiriləcək. 

S.Mirzəyev bu gün saat 3-də İkinci Fəxri xiyabanda dəfn olunacaq.  pizza mizza

Qeyd edək ki, Səfa Mirzəyev 1996-cı ildən 2022-ci il may ayına kimi Milli Məclis Aparatının rəhbəri işləyib. 

O, 2022-ci il mayın 12-də yaş həddi ilə əlaqədar təqaüdə göndərilmişdi. 

S.Mirzəyev 11 may 2012-ci ildə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilib. 

11 may 2022-ci ildə dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!