Səfir: “Bizim Zəngəzurda yaşamaq hüququmuz var”

saytların hazırlanması

Evə çatdırılma

Səfir: “Bizim Zəngəzurda yaşamaq hüququmuz var”

Siyasət

29 Sentyabr 2023 17:53 507


"Bizim tarixi torpaqlarımızda, o cümlədən Zəngəzurda yaşamaq hüququmuz var".

Yenisabah.az xəbər verir ki, bunu Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov “Haber Global”ın efirində deyib.

Onun sözlərinə görə, Azərbaycan Qarabağın erməni sakinlərinə qalıb yaşamağı təklif edir: “Amma bizim də öz tarixi torpaqlarımızda, o cümlədən Zəngəzurda yaşamaq niyyətimiz var. Beynəlxalq ictimaiyyət və Ermənistan bu hüququmuzu təmin etməlidir”. Marqarita pizza

Diplomat bildirib ki, 1991-ci ildən etibarən Qarabağda cinayət törətmiş bütün cinayətkarlar haqqında Azərbaycan hüquq-mühafizə orqanlarında məlumat var:

"Artıq müharibə cinayətkarı olan üç nəfər saxlanılaraq Bakıya gətirilib. Biz bütün müharibə cinayətkarlarını məsuliyyətə cəlb edəcəyik. İşlər hələ qabaqdadır. Azərbaycanın bütün dövlət qurumları, o cümlədən Xarici İşlər Nazirliyi bu işlə məşğuldur”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!