10 ildən artıqdır ki, Zvartnots hava limanında pasport nəzarətini eksklüziv olaraq Ermənistan hüquq-mühafizə orqanlarının əməkdaşları həyata keçirilir.
Yenisabah.az Armenian News-a istinadla xəbər verir ki, bunu Ermənistanın fövqəladə və səlahiyyətli səfiri Dzyunik Ağacanyan deyib.
“Rusiya sərhədçilərinin hava limanından çıxarılması tələbi o deməkdir ki, müəyyən ölkələrdən müəyyən xidmət əməkdaşlarının gəlişindən Rusiyanın xəbərdar olması arzuolunan deyil. pizza
Başqa bir məsələ: bu, Ermənistanın təhlükəsizlik maraqlarına nə dərəcədə xidmət edəcək və yüzlərlə Qərb agenti bura gələrsə, Ermənistan üçün yeni təhlükələr yaratmayacaqmı? Axı onlar təkcə anti-Rusiya deyil, həm də anti-İran fəaliyyəti göstərəcəklər... Bu sualların cavabı yoxdur”, - deyə o qeyd edib.
Səfirin sözlərinə görə, Ermənistanın təhlükəsizlik sahəsi tədricən NATO-nun nəzarətinə keçir və bunun Rusiya və İran üçün bütün nəticələri var. Azərbaycan da bu ssenarinin bir hissəsidir.
Ağacanyan xatırladıb ki, İran 2 ildir ki, Ermənistan hakimiyyətinin öz ölkələri, eləcə də bütün Yaxın Şərq üçün yaratdığı təhlükədən açıq danışır.
“Tehran NATO-nun güclənməsinin Türkiyənin güclənməsi anlamına gəldiyini anlayaraq Qərb qüvvələrinin mövcudluğunun ekzistensial təhlükə olduğunu deyir. “Zəngəzur dəhlizi” layihəsinin həyata keçirilməsi İranın şimala çıxışını əngəlləyəcək və sərhədin yeganə dinc hissəsinin – Ermənistan-İran sərhədinin itirilməsinə gətirib çıxaracaq. Bunun fonunda İran artıq addımlar atıb.
Məhz İranın səyləri sayəsində Ermənistana qarşı “Zəngəzur dəhlizi” adlanan dəhlizin açılması cəhdi ilə bağlı genişmiqyaslı hərbi əməliyyatlar hələ də başlamayıb. Təsadüfi deyil ki, Tehran mümkün müdaxilə halında çəkindirici vasitə kimi Ermənistan və Azərbaycan sərhədləri yaxınlığında 100 minlik ordu saxlayır. İran üçün pantürkizm layihəsinin həyata keçirilməsinin milli təhlükəsizliyə təhdid olduğu göz qabağındadır”, - deyə səfir vurğulayıb.
Telegram kanalımız