“Səhər 7-də klinikada pasientlər olur?” - Zaurdan “MedEra”ya ittiham 

saytların hazırlanması

Evə çatdırılma

“Səhər 7-də klinikada pasientlər olur?” - Zaurdan “MedEra”ya ittiham 

Sosial

24 İyul 2024 15:12 7191


Aparıcı Zaur Baxşəliyev "Bizimləsən" verilişində Xalq artisti Ağadadaş Ağayevin ötən gün Binəqədi rayonu ərazisindəki "MedEra" klinikasında mühafizəçi ilə davasını müzakirə edib. 

Axşam.az xəbər verir ki, xəstəxananın hüquqşünası Xeyransa Babayeva canlı yayıma qoşularaq məsələ haqda sualları cavablandırıb: 

"Pasientlərin gur vaxtı Ağadadaş Ağayev klinikaya yaxınlaşıb ki, sağlamlığı haqda məlumat verib. Amma bizim əməkdaşlar bunu görməyib. Mühafizəçi bizim işçi deyil. Binanın mühafizəçisidir. Aralarında mübahisə düşüb və Ağadadaş Ağayev baltanı ona atıb. İçəri girəndə bizim personala söyməyə başlayıb. Heç bir problemi demədən başlayıb aqressiv hərəkətlər etməyə. Onu sakitləşdirmək mümkün olmayıb, söyüş söyməyi dayandırmayıb".  Pepperoni pizza

Proqramın aparıcısı Zaur Baxşəliyev isə "Səhər saat 7-də xəstəxanada xəstə olur? Personal 9-un yarısından gəlir. Amma 7-dən gəlmirlər" sözlərini söyləyib. 

Studiyada olan həkimlər isə səhər saat 7-də xəstəxanada pasientin çox olmadığını deyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!