Səhər baş verən zəlzələ 50 saniyə davam edib, 6 afterşok qeydə alınıb

 Səhər baş verən zəlzələ 50 saniyə davam edib, 6 afterşok qeydə alınıb

Sosial Veb saytların hazırlanması

07 Dekabr 2023 12:43 345


Bu gün baş verən zəlzələnin davametmə müddəti 50 saniyə, hissolunma müddəti 7 saniyə təşkil edib.

“Yeni Sabah” xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, professor Qurban Yetirmişli dekabrın 7-də Xəzər dənizində baş verən zəlzələ ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Q.Yetirmişli bildirib ki, zəlzələ Siyəzən qırılmasının aktivləşməsi ilə əlaqədardır. Zəlzələdən sonra 6 afterşok qeydə alınıb.

Xatırladaq ki, bu gün Altıağac seysmoloji stansiyasından 51 kilometr şimal-şərqdə - Xəzər dənizində zəlzələ baş verib. Yerli vaxtla saat 08:15-də qeydə alınan zəlzələnin maqnitudası 5.6-ya bərabər olub.

Ocağı 68 kilometr dərinlikdə yerləşən yeraltı təkanlar Altıağac, Siyəzən, Quba, Qusar, Xaçmaz, Şabran, Qobustan, Abşeron yarımadasında 5-3 bala qədər hiss olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!