Şəhid adı ilə manipulyasiya: Əlikərimliçilik...

saytların hazırlanması

Evə çatdırılma

Şəhid adı ilə manipulyasiya: Əlikərimliçilik...

Siyasət

25 Sentyabr 2023 10:40 444


Qarabağ savaşında iştirak edən, yaralanan, qazi olan qəhrəmanlarımızın, öz övladını itirən hər hansı valideynin dilindən ordu rəhbərliyi, ali komandanlıq ünvanına hər hansı ittiham eşitdinizmi? Kiminsə ön cəbhədə qorxaqlıq etdiyinə şahid oldunuzmu? Hansı əsgərimizin fərariliyi haqda eşitdiniz? 

Belə bir fakt yoxdur. Çünki, mövzu vətənin azadlığı, dövlətin bütövlüyü olanda bu təfərrüatlar yada düşmür, düşməməlidir. Vətəni vətən edən onun əsgəridir. Dövlətin sərhədlərini dünya xəritəsinə yazan ali komandanın qətiyyəti, güvəndiyi ordudur. 

Azərbaycan dünyanın az ölkələrindəndir ki, onun sərhədləri qanla – qəhrəman oğlanların al qanı ilə çəkilir, qorunur. Azadlığı, zəfəri qanla əldə edirik və ona görə də bu azadlıq bizim üçün hər zaman, bütün gələcək nəsillər üçün müqəddəs hesab olunacaq. Kimsə torpaqlarımızın bir parçasını da kiməsə hədiyyə verməyə cəsarət etməyəcək.  Toyuqlu pizza

Amma pusquda olan, məqam gözləyən fürsətcillər axı hər zaman, hər xalqın tarixində olub, bu gün də var. Onların soyu gələcəkdə də olacaq. 

Xankəndi, Xocalı, Xocavəndin azadlığı üçün səngərdə can verən oğulların qanından öz çirkin məqsədləri üçün özünü şəxsiyyət hesab edən heç kim istifadə etmək cəsarəti göstərməzdi. Ən azından vicdan deyilən instikt buna imkan verməməli idi. Amma bunu da görürük. Əli Kərimli yenə də heç kimin etmədiyini edir, heç kimin dilinə gətirməyə cəsarət etmədiyi “cəsarəti” nümayiş etdirir. 

Yəqin ki, hər kəsin yadındadır. 2020-ci ilin noyabrına üç tərəfli bəyanat imzalanan zaman Kərimlinin ittihamlarının biri bir qəpik idi ki, biz niyə Xankəndiyə girmədik. Ölkə rəhbərliyini ən sərt sözlərlə tənqid edirdi. O zaman hətta siyasətdən kənar naşı adamlar da anlayırdı ki, bu Azərbaycanın əldə edə biləcəyi nailiyyətin maksimumudur. Məsələni xırdalamağa ehtiyac yoxdur. Bir az ağlı olan, siyasi prosesləri bilən adam həmin dövrdə azad olunan torpaqların ölkəmiz üçün həqiqətən dönüş anı olduğunu başa düşürdü. Amma Əli Kərimli ya anlamırdı, ya da bilə-bilə ağa qara deməklə özünü gülünc vəziyyətə qoyurdu.

İndi ordumuz qanı-canı bahasına Qarabağda ermənilərin yaşadığı ərazinin xeyli hissəsini nəzarət altına aldı. Bir günlük antiterror əməliyyatı nəticəsində 200 illik problem demək olar ki, kökündən həll olunur. Bu gün sabah Xankəndiyə Azərbaycan bayrağı sancılacaq. Qarabağdan kütləvi şəkildə ermənilərin köçü başlayıb. Separatçılar maşın-maşın, anbar-anbar silahlarını təhvil verirlər ki, təki bizi cəzalandırmayın, çıxaq gedək. Adamlar bizim çörəyimizə, suyumuza, neftimizə möhtac olublar. Dünyanın siyasi mövqeyi Azərbaycanın xeyrinə tam dəyişib. 30 il soydaşlarımızan çadırlarda yaşamağa məcbur edənlər indi özləri çadıra yerləşdirirlirlər. 

Amma, Əli Kərimli deyir ki, Azərbaycan bu qədər şəhid verdi, nəyə nail oldu... 

Özü də bunu ironiya ilə, sanki kimlərisə ələ salırmışcasına səsləndirir. Öz oğlu bircə gün olsa da hərbi xidmətdə olmayan, onu yeniyetməliyindən xaricə göndərən siyasi lider hansı haqla belə bir mövqe nümayiş etdirə bilər. Bu necə mənəviyyatdır? 

Əslində, Əli Kərimlinin dediklərinə heç bir reaksiya verməmək də olar. Onun sözünün çəkisinin öz vücudunun çəkisindən dəfələrdə yüngül olduğunu bilirik. Amma nə qədər? Hər bir şeyin sərhədi var. Dövlətin də, böhtanın da, davranışın da... 

Azərbaycanda öz yaxın qohumları şəhid olan siyasi liderlər var. Onların heç biri əlikərimçiliyi özünə sığışdırmır. Maraqlıdır, vətənin taleyi üçün önəmli bir məqamda belə mövqe nümayiş etdirmək üçün insanda hansı “keyfiyyətlər” olmalıdır? 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!