Şəhid ailələri ziyarət olundu

saytların hazırlanması

Evə çatdırılma

Şəhid ailələri ziyarət olundu

Sosial

17 Mart 2021 09:35 1102


Şəhid ailələrini mütəmadi olaraq ziyarət edən, onların qayğıları və problemləri ilə maraqlanan YAP Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev və təşkilatın nümayəndələri Novruz bayramı ərəfəsində İkinci Qarabağ müharibəsində şəhid olan Vətən övladlarının ailələrini ziyarət ediblər.

Yenisabah.az xəbər verir ki, görüşlər zamanı şəhidlərin xatirəsi yad edilib, qəhrəman oğulların haqq işi uğrunda cəsurluq və mərdlik nümunəsi göstərdiyi, onların həyat yolunun bundan sonrakı nəsillərə örnək olacağı qeyd edilib.

Naqif Həmzəyev Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş əsgər və zabitlərimizin əziz xatirəsinin xalqımızın yaddaşında əbədi yaşadığını bildirib, şəhidlərimiz kimi, onların ailə üzvləri də bizim üçün çox qiymətli olduğunu vurğulayıb. Marqarita pizza

Şəhidlərimizin döyüş yolundan söz açan ailə üzvləri əzizlərinin qəhrəmalığından qürur hissi keçirdiklərini, onlarla fəxr etdiklərini dilə gətirib, Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildiriblər.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!