Şəkidə avtomat və tapançanı 3200 manata satmaq istəyən şəxs saxlanılıb.
Yenisabah.az DİN_ə istinadla xəbər verir ki, bu, rayonun Turan qəsəbə sakini, dəfələrlə oğurluq cinayətlərinə görə məhkum olunmuş Sahib Yaqubovdur.
Onun üzərinə baxış keçirilərkən atəşə yararlı “Makarov” markalı tapança, sərnişin qismində olduğu taksidən isə ona məxsus bağlamada gizlətdiyi “Kalaşnikov” avtomatı, eləcə də həmin silahlara məxsus daraqlar, 17 ədəd patron və süngü-bıçaq aşkar edilərək götürülüb. S.Yaqubov ifadəsində silahları bir müddət əvvəl tapdığını və 3200 manata satmaq məqsədilə Mingəçevir şəhərinə aparmaq istədiyini bildirib. pizza
Məhkəmənin də qərarı ilə S.Yaqubov barəsində həbs-qətimkan tədbiri seçilib.
Telegram kanalımız