“Bu gün həm Azərbaycan, həm də Türkiyə bir-birinin yanında olmaqla – qətiyyətli dəstək ifadə etməklə, ən yüksək səviyyədə olan münasibətləri davamlı inkişaf etdirməklə bu reallığı nümayiş etdirirlər”.
“Yeni Sabah” xəbər verir ki, bunu deputat Siyavuş Novruzov deyib. O, bildirib ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın möhtəşəm tarixi qələbə qazanaraq öz ərazi bütövlüyünü bərpa etməsində qardaş Türkiyənin güclü mənəvi və siyasi dəstəyinin rolu danılmazdır:
“Azərbaycan dövlətinin güclü meşə yanğınlarının qarşısının alınmasında qardaş ölkəyə qətiyyətli dəstəyi şanlı tariximizin növbəti qürurverici səhifəsidir. Dövlətimizin başçısının müvafiq göstərişlərinə və tapşırıqlarına uyğun olaraq qardaş Türkiyəyə Azərbaycandan yardım dəstələri göndərilir, həmin qüvvələr əzmlə, fədakarlıqla öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər. Toyuqlu pizza
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan hökuməti və xalqı hər zaman olduğu kimi bu gün də qardaş Türkiyə xalqı ilə həmrəydir və onun yanındadır. Bu, Azərbaycan-Türkiyə qardaşlığının daha bir bariz nümunəsidir - əyani ifadəsidir. Eyni zamanda, bu reallıq ölkələrimizin hər zaman bir-birinin yanında olduğunu göstərir.
Təsadüfi deyil ki, Türkiyə cəmiyyətinin müxtəlif nümayəndələri öz sosial media hesablarında Azərbaycan dövlətinə və xalqına dost – qardaş dəstəyinə görə xüsusi minnətdarlıq edir, dar gündə böyük dəstəyi unutmayacaqlarını bildirirlər. Bəli, Azərbaycan və Türkiyə daim bir-birinin yanında olacaq, birliyimiz – həmrəylimiz heç vaxt sarsılmayacaq! Necə deyərlər, sel gedər, daş qalar, el gedər, qardaş qalar!”.
Telegram kanalımız