Səlim Müslümovun məhkəməsi 37 günlük təxirə salındı

saytların hazırlanması

Evə çatdırılma

Səlim Müslümovun məhkəməsi 37 günlük təxirə salındı

Kriminal

24 Fevral 2023 18:00 964


Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə bu günə təyin olunan məhkəmə prosesi təxirə düşüb.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilməli olan iclasın təxirə salınmasına səbəb məhkəmə tərkibibə daxil olan hakimlərdən birinin məzuniyyətə çıxması göstərilib.

Prosesin aprelin 3-dək təxirə salındığı bildirilib. pizza

Qeyd edək ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub. Cinayət Məcəlləsinin 179.4 ( xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunur.

Sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra səhhətində yaranan problemlə bağlı ev dustaqlığına buraxılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!