Serebral iflic xəstəliyindən əziyyət çəkən 4 yaşlı uşaq dekabrın 14-də səhhətində yaranan problemlərlə bağlı Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə müayinəyə gətirilib.
Yenisabah.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Qeyd edilib ki, həkim müayinəsi zamanı xəstədə qızılca virusu aşkar edilib və stasionar müalicəyə ehtiyac olduğu bildirilib: pizza hut
"Uşağın valideynləri stasionar müalicədən imtina ediblər. Daha sonra uşaq valideynləri dekabrın 14-də Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasına gətirilərkən xəstəxanayaqədər ölüm qeydə alınıb".
Xatırladaq ki, Şəmkirdə 4 yaşlı oğlan uşağı - H. Allahyarov qızılca xəstəliyindən ölüb.
rayon sakini qızılca xəstəliyindən ağırlaşaraq Gəncə şəhərinə gətirilən zaman yolda ölüb.
Fakla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.
Telegram kanalımız