“Sənə qeyrətə gəlmək üçün 19 il lazım oldu?” – Tofiq Zülfüqarovdan sərt cavab

saytların hazırlanması

Evə çatdırılma

“Sənə qeyrətə gəlmək üçün 19 il lazım oldu?” – Tofiq Zülfüqarovdan sərt cavab

Siyasət

12 Avqust 2021 11:51 46681


Ötən gün xarici işlər naziri Tofiq Zülfüqarov da sabiq səfir İsfəndiyar Vahabzadənin Vladimir Jirinovskinin timsalında bütövlükdə rus xalqını təhqir etməsinə münasibət bildirib. Eks-nazir diplomatın belə bir addım atmasının doğru olmadığını vurğulayıb.

Yenisabah.az isə bu paylaşımı xəbər edərək rəsmi səhifəsində paylaşıb. Gün ərzində xəbərə oxucular tərəfindən çoxsaylı rəylər yazılıb və Tofiq Zülfüqarovu bu fikrinə görə təhqir edənlər olub.

Bu gün isə diplomat onun haqqında təhqir  yazanlara elə rəsmi səhifəmizdə cavab verib. Zülfüqarov sözügedən şəxsləri troll adlandırıb: Toyuqlu pizza

“Ay trollar, İsfəndiyar Rusiyada erməni təbliğatına mövzu verdi və onlar bunun səviyyəsiz çıxışını hər yerdə yayırlar. Bunu başa düşmək üçün Allah sizə ağıl versin”.

Eks-nazirin bu rəyinə Mahmud Hüseynov adlı sosial şəbəkə istifadəçisi belə münasibət bildirib:  “Xalqı təhqir etmək olmaz, hər xalqın yaxşısı var, pisi var. Rus xalqının da Dostoyevskisi, Tolstoyu var, amma bizim xalqımızın da Nizamisi, Füzulisi, Şah İsmayılı var. Əlbəttə, sənin kimilər də var. Bəs bizim xalqı “qoyun” adlandıranda niyə susurdun?”.

Tofiq Zülfüqarov isə həmin şəxsə öz istefasını və 19 ildir həmişə doğru sözü dediyini xatırladıb: “Bunu donuz Jirinovski deyib və onu söymək lazım idi. Gərək, İsfəndiyar mən dediyim səhvi eləməyəydi. Men susmurdum, çünki 1999-cu ildə istefaya Vəfa Quluzadə və Eldar Namazovla getdim... Bəs sən özün niyə 19 il susurdun? Nə oldu, səsin çıxmır? Sənə də qeyrətə gəlmək üçün 19 il lazım oldu ki, 2002-də deyilən sözə indi cavab verirsən?”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • BİLGƏ KAĞAN
    İSFƏNDİYAR ELƏ "ALİM"LƏRDƏNDİR Kİ, HƏMİŞƏ ÖZ DİSSERTASİYASININ ADINI BELƏ BİLMƏMƏYİYLƏ ÖYÜBÜB. BƏXTİYAR İSƏ "VƏTƏN!", "MİLLƏT!" HAYKIRARAK ÖZ EVLADLARINA ŞU CAHANDA CƏNNƏT YARADIB. TAK ÇTO, KENDİMİZE YALANÇI BÜTLƏR YAPOMAYALIM!!!
    5 years ago
  • Musayev
    Doğrudur Tofik bəy,sən deyənlərə qatılıram. Jirinovski haqda deyilənlər hılə azdır.Ümumən, İspəndiyar m.m. sosial şəbəkələrdə çox vaxtı qeyri adekvat çıxışları edir. Xüsusəndə hakimiyyətə qarşı lazımsız yazıları. Nə oldu səfir işləyəndə hər şey qaydasında idi,indi təqaüddədir hakimiyyət tənqid etmək olar? Axı sənin rəhmətlik atan BÖYÜK Türk zamana və vəziyyətə baxmadan hər zaman sözünü deyb.
    5 years ago
  • İsmat Ahmadov
    Əlbəttə, sənin kimilər də var. Bəs bizim xalqı “qoyun” adlandıranda niyə susurdun?”.
    5 years ago