Sentyabrın 2-də İrəvandakı mitinqdə Koçaryan və Sarkisyan da iştirak edəcək

saytların hazırlanması

Evə çatdırılma

Sentyabrın 2-də İrəvandakı mitinqdə Koçaryan və Sarkisyan da iştirak edəcək

Siyasət

31 Avqust 2023 18:29 441


Ermənistanın sabiq prezidentləri Robert Koçaryan və Serj Sarkisyan erməni müxalifətin sentyabrın 2-də İrəvanın Azadlıq meydanında keçiriləcək mitinqində iştirak edəcək.

Yenisabah.az “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bu barədə eks-prezidentlərin ofisləri məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl mitinqin təşəbbüskarı olan “Daşnaksutyun” partiyasının üzvü, parlamentin “Hayastan” blokunun deputatı İşxan Saqatelyan Ermənistan və Qarabağ separatçılarının taleyindən narahat olan bütün vətəndaşları aksiyada iştirak etməyə çağırıb. pizza mizza

Xatırladaq ki, sentyabrın 2-də Xankəndidə də mitinq keçirilməsi qərara alınıb. Belə ki, 2 sentyabr tarixi qondarma rejimin “müstəqillik” günü kimi Ermənistanda və separatçılar arasında qeyd olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!