“Sepah” İraqla sərhədə qoşun yığır - FOTOLAR - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

“Sepah” İraqla sərhədə qoşun yığır - FOTOLAR - VİDEO

Siyasət

13 Sentyabr 2023 11:32 2232


İslam İnqilabı Keşikçiləri Korpusunun ("Sepah") quru qoşunlarının zirehli texnikasının İranın şimal-qərb sərhədlərinə göndərdiyini göstərən videolar peyda olub.

Yenisabah.az Təsnim-ə istinadla xəbər verir ki, hərbi texnika İranın İraq Kürdüstanı ilə həmsərhəd bölgələrinə göndərilir.

İranın hərbi mənbələri bölgəsindəki separatçı terror qruplaşmalarını tərksilah etmək üçün İraqa verilmiş ultimatumun bitdiyini açıqlayıb. pizza mizza

Xatırladaq ki, İslam Respublikası İraq hökumətinə sentyabrın 19-a qədər möhlət verib. 

İslam İnqilabı Keşikçiləri Korpusunun əməliyyatlar üzrə müavini general Nilfroruşan da bunu təsdiqləyib: "Bölgədəki qardaşlarımızdan qardaşlıq gözləyirik. Ölkəmizə qarşı əməliyyatların mənbəyinə çevrilən ərazidə terrorçuların fəaliyyətinə icazə vermək nə qardaşlıq, nə də mehriban qonşuluq məntiqinə uyğun gəlir. İslam Respublikası vədini yerinə yetirdiyi kimi qarşı tərəfdən də razılaşmanı yerinə yetirməsini gözləyir, əks halda İranın mənafeyini qorumağa məcburuq".

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!