Separatçı rejim rəsmən ləğv olundu: Fərman

Separatçı rejim rəsmən ləğv olundu: Fərman

Siyasət Veb saytların hazırlanması

28 Sentyabr 2023 10:26 10970


Qondarma rejimin “rəhbər”i Samvel Şahramanyan tanınmamış “DQR”in 2024-cü il yanvarın 1-dən ləğv ediləcəyi barədə “fərman” imzalayıb.

Yenisabah.az xəbər verir ki, onun imzaladığı “fərman”da aşağıdakılar nəzərdə tutulur:

“1. 2024-cü il yanvarın 1-dək idarə tabeliyində olan bütün qurumlar və təşkilatlar ləğv edilsin və “Artsax Respublikası” öz fəaliyyətini dayandırsın;

2. Qarabağın əhalisi, o cümlədən buradan kənarda yaşayanlar bu “fərman” qüvvəyə mindikdən sonra müstəqil və fərdi qərar qəbul etmək, Qarabağa qayıtmaq məqsədi ilə Azərbaycan Respublikasının təqdim etdiyi reinteqrasiya şərtləri ilə tanış olsunlar”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!