Separatçıların liderləri Qarabağdan necə qaçır? -   Sülhməramlılara şok ittiham

saytların hazırlanması

Evə çatdırılma

Separatçıların liderləri Qarabağdan necə qaçır? - Sülhməramlılara şok ittiham

Siyasət

26 Sentyabr 2023 10:41 4301


“Böyük ehtimalla, bəzi separatçılar Rusiya sülhməramlılarının maşınında ərazilərimizi tərk edir”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Rəşad Bayramov deyib.

“Azərbaycan tərəfi konkret olaraq müvafiq əfv, yaxud silahı yerə qoyan separatçıların Ermənistan təhvil veriləcəyi ilə bağlı bəyanatlarla da çıxış edib. Hazırda Qarabağdan olan erməniəsilli şəxslərin Laçın nəzarət-buraxılış məntəqəsindən keçidinə dair ancaq fərziyyələri irəli sürə bilərəm”, – deyə o əlavə edib. –  Ola bilsin ki, bu adamlar sülhməramlıların nəqliyyat vasitələri ilə yoxlanılmadan keçib-gediblər. İstənilən halda arzuolunan o idi ki, haqqında cinayət işi qaldırılan, beynəlxalq axtarışa verilən şəxslərlə bağlı çox ciddi ölçü götürülsün. Əgər bundan sonra onların əfv olunması, yaxud Ermənistana təhvil veriləcəyi ilə bağlı qərar olsaydı belə, bu adamların həmin mərhələdə saxlanılmasına ehtiyac var idi”. pizza mizza

Siyasi təhlilçi qeyd edib ki, bu adamların gedişinin Azərbaycan tərəfi ilə razılaşdırılıb-razılaşdırılmadığı haqqında məlumat olmadığı üçün qəti fikir irəli sürmək də çətindir:

“Hər keçən gün halqa daralır. Separatçı rejimin qalıqlarının təmizlənməsini davam etdirməliyik”.

Rafi MÜSLÜMOV

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!