Serbiya Prezidentindən sensasiyalı açıqlama:   “Azərbaycan, Gürcüstan və Ukrayna...“

saytların hazırlanması

Evə çatdırılma

Serbiya Prezidentindən sensasiyalı açıqlama: “Azərbaycan, Gürcüstan və Ukrayna...“

Siyasət

20 Avqust 2021 17:25 2094


Serbiya Prezidenti Aleksandar Vuçiç ölkənin cənubundakı Brus şəhərinə səfəri zamanı sensasiyalı açıqlama verib.

“Priştinada müdafiə nazirinin son sorğularını gördüm. O, Azərbaycan, Gürcüstan, Ukrayna və digər ölkələrdən Kosovonun müstəqilliyini tanımalarını istədi. Onların sayəsində bu barədə məlumatlandırılmağımız yaxşıdır",-deyə o bildirib.

Serbiya Prezidenti qeyd edib ki, Priştinanın bu davranışı Vaşinqton Sazişinin pozulmasıdır, amma həm də Belqradın "əllərini açır", yəni indi hansı istiqamətdə hərəkət etməli olduğunu başa düşür. pizza sifarişi

Yenisabah.az xatırladır ki, Vaşinqton sazişində 2021 -ci il sentyabrın 1 -dək Priştinanın yeni dövlətlərdən Kosovanın müstəqilliyini tanımağı istəməyəcəyi və Belqradın separatçı qurumun tanınmasının ləğvi üçün lobbi qurmayacağı haqqında bənd var. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!