Serbiya prezidentindən şok AÇIQLAMA: “Qərbin Moskvadakı terrordan xəbəri var idi” 

saytların hazırlanması

Evə çatdırılma

Serbiya prezidentindən şok AÇIQLAMA: “Qərbin Moskvadakı terrordan xəbəri var idi” 

Dünya

23 Mart 2024 02:01 532


ABŞ və Böyük Britaniya səfirliklərindən öz vətəndaşlarının Moskvadakı ticarət mərkəzlərinə getməməsi ilə bağlı çağırışlar bu ölkələrin xüsusi xidmət orqanlarının mümkün terror aktlarından xəbərdar olduğunu göstərir.

Bunu Serbiya Prezidenti Aleksandr Vuçiç “Prva” telekanalının efirində deyib.

“Martın 7-də Amerika səfirliyi öz vətəndaşlarını ticarət mərkəzinə getməməyə çağırıb. Daha sonra britaniyalılar və başqaları da eyni şeyi etdilər. Bu o deməkdir ki, onların kəşfiyyat xidmətləri müəyyən danışıqlara müdaxilə edib, məlumat alıb və nəyinsə baş verəcəyini biliblər”, - siyasətçi qeyd edib. pizza hut

Xatırladaq ki, bu gün Moskva vilayətinin “Crocus City Hall” konsert salonunda atışma baş verib. “Crocus City Hall” ticarət mərkəzinə hücum zamanı zərərçəkənlərin sayı 140 nəfərə çatıb. 15 nəfərin isə öldüyü bildirilir.(Oxu.az) 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!