Sərdar Cəlaloğludan Elçibəyin tərəfdarlarına   İTTİHAM

saytların hazırlanması

Evə çatdırılma

Sərdar Cəlaloğludan Elçibəyin tərəfdarlarına İTTİHAM

Siyasət

22 Avqust 2021 20:49 5341


"Bu gün Elçibəyin əleyhinə olanlar da, lehinə olanlar da səmimi deyillər".

Yenisabah.az xəbər verir ki, bu sözləri Modern.az-a Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu mərhum eks-prezident Əbülfəz Elçibəyin anım günü barədə danışarkən deyib.

Partiya sədri fikirlərini bu cür izah edib: pizza mizza

"Lehinə olanlar ona görə səmimi deyillər ki, onlar Elçibəyin adından öz məqsədləri naminə istifadə edirlər. Cəmiyyətdə tərəfdarı kimi təqdim edirdilər. Əleyhinə olanlar isə ona görə səmimi deyillər ki, onların tənqidinin heç bir əsası yoxdur. Elçibəy haqqında səsləndirilən tənqidlərin heç birinə haqq qazandırmaq olmur. Elçibəy Azərbaycan milli istiqlal hərəkatının rəhbəri olub. Səhvləri ilə, düzləri ilə Azərbaycanın ən yeni tarixinə düşən şəxsiyyətdir. Elçibəyin elə maraqlı şəxsiyyəti var ki, onun lehinə olanlar da, əleyhinə olanlar da səmimi deyillər".

S.Cəlaloğlu qeyd edib ki, keçmiş prezidentin anım günü dövlət səviyyəsində qeyd olunmalıdır: 

"Elçibəy dövlət səviyyəsində anılmalıdır, özfəaliyyət yetərli deyil. Azərbaycan dövlətçiliyində xidmətləri olan hər kəs dəyərləndirilməlidir".

Qeyd edək ki, bu gün Azərbaycanın mərhum eks-prezidenti Əbülfəz Elçibəyin vəfatından 21 il ötür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!