Qırğızıstan və Tacikistan sərhədçiləri arasında atışma dayanıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin Sərhəd Xidməti məlumat yayıb.
Hər iki tərəfdən yaralılar var. Tərəflər insidentin təfərrüatlarını öyrənmək üçün danışıqlar aparır. Dominos pizza
Xatırladaq ki, iki ölkə sərhədində vəziyyət iyunun 3-də gərginləşib. Qırğızıstan tərəfinin məlumatına görə, tacik hərbçiləri Batken vilayətinin Batken rayonunda yerləşən Bulak Başı qəsəbəsi yaxınlığından Qırğızıstan ərazisinə qanunsuz daxil olublar.
Məlumatda bildirilir ki, tacik hərbçilər qonşu dövlətin ərazisini tərk etmək tələbinə məhəl qoymayıblar və bundan sonra atışma başlayıb.
Telegram kanalımız