Sərhəddə növbəti insident: 2 mülki şəxs yaralandı

saytların hazırlanması

Evə çatdırılma

Sərhəddə növbəti insident: 2 mülki şəxs yaralandı

Dünya

13 Aprel 2022 14:22 519


Qırğızıstan-Tacikistan sərhədində baş verən atışmada 2 mülki şəxs yaralanıb.

Yenisabah.az “İnterfaks”a istinadla xəbər verir ki, bu barədə aprelin 13-də Qırğızıstanın Səhiyyə Nazirliyi məlumat yayıb.

“Həkimlərin sözlərinə görə, yaralılardan biri xəstəxanadadır, onun vəziyyəti orta ağır olaraq qiymətləndirilir. İkinci zərərçəkmişə isə ilkin tibbi yardım göstərildikdən sonra o, ambulator müalicəyə göndərilib”, - deyə məlumatda qeyd olunur. Marqarita pizza

Xatırladaq ki, aprelin 12-də axşam saatlarında Qırğızıstan Sərhəd Xidməti Qırğızıstan-Tacikistan dövlət sərhədində 2 atışma barədə məlumat verib.

İlkin məlumatlara görə, ilk toqquşma zamanı bir tacik hərbçi güllələnib. İkinci atışmada isə bir qırğız hərbçinin yaralandığı bildirilir. Onun vəziyyəti ağırdır.

Qırğızıstan Sərhəd Xidməti daha sonra bildirib ki, danışıqlar zamanı tərəflər Qırğızıstan-Tacikistan sərhədində silahlı insident baş verən ərazidən əlavə qüvvə və vasitələrin çıxarılması barədə razılığa gəliblər.

Tacikistan tərəfinin iddiasına görə, Qırğızıstanın Batken vilayətinin sərhədyanı kəndlərindən Tacikistan ərazisinə mərmi atılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!