Qırğızıstan-Tacikistan sərhədində yaralanan tacik əsgər dünyasını dəyişib.
Yenisabah.az “Rodioi Ozodi”yə istinadla xəbər verir ki, Tacikistan hakimiyyəti ötən gecə Qırğızıstan sərhədində baş verən atışmada yaralanan 27 yaşlı serjant Zoir Saidumarvın xəstəxanada dünyasını dəyişdiyini bildirib. Bu gün o, doğma kəndində dəfn olunub.
Qırğızıstan Səhiyyə Nazirliyinin məlumatına görə, Qırğızıstan tərəfdən 3 nəfər yaralanıb, onlardan biri mülki şəxsdir. Dördpendirli pizza
Bişkek iddia edir ki, tacik hərbçilərinin Qırğızıstan ərazisinə daxil olması insidentə səbəb olub. Daha sonra tərəflər atəşin dayandırılması və qüvvələrin çıxarılması barədə razılığa gəliblər.
Telegram kanalımız