Serj Sarkisyan Azərbaycan torpağına necə və niyə gəlib? -   “Əsas niyyətləri odur ki...”

saytların hazırlanması

Evə çatdırılma

Serj Sarkisyan Azərbaycan torpağına necə və niyə gəlib? - “Əsas niyyətləri odur ki...”

Siyasət

14 Avqust 2021 19:45 12846


"Düşünrəm ki, onlar özlərinin bir daha məğlub olmamağını kiməsə göstərməyə çalışırlar. Eyni zamanda son vaxtlar sülhməramlı qüvvələrin məhz belə cinayətkarları Qarabağın ərazisinə buraxması çox təəssüf doğurur".

Yenisabah.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Arzu Nağıyev Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə səfərini şərh edərkən deyib. Onun fikirincə, səfərdə əsas məqsəd də ondan ibarətdir ki, Qarabağ klanı öz fəaliyyətini bərpa etməyə çalışır:

"Nəyin bahasına olursa-olsun, gəlib həmin ərazilərdə görünməyə çalışırlar. Son vaxtlar bilirsiniz ki, Qarabağda yaşayan ermənilərlə Ermənistanda yaşayan ermənilər  arasında böyük bir uçurum yaranıb. Onlar istəyir ki, bu məsələni yenidən gündəmə gətirsinlər və camaatın köçünün qabağını alsınlar. Köçün qabağını almaq üçün məhz sabiq prezident Qarabağın müxtəlif rayonlarında görünməsi, düşünürəm ki, əsasən siyasi addımdır və parlament seçkilərində də onun qabiliyyəti, Paşinyana qarşı atdıqları addımlar da bu səfərlə əlaqəlidir. Əsas niyyətləri odur ki, köçün qarşısını almaq üçün təbliğat-təşviqat işləri aparılsın".   pizza

Qeyd edək ki, Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə gəlib. Sarkisyan Xocavənd rayonunun Sos kəndində yerləşən Amaras monastrına baş çəkib./Qaynarinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!