Sərnişinlərin NƏZƏRİNƏ: Beş marşrut üzrə hərəkət istiqaməti dəyişdirildi

saytların hazırlanması

Evə çatdırılma

Sərnişinlərin NƏZƏRİNƏ: Beş marşrut üzrə hərəkət istiqaməti dəyişdirildi

Sosial

05 Oktyabr 2024 18:56 625


Bu gündən etibarən Bakının Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsində (28 May küçəsindən Üzeyir Hacıbəyli küçəsinə qədər) təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Məhdudiyyətlə bağlı 21, 30, 32, 49 və 120 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq Puşkin küçəsi ilə təşkil ediləcək. Sezar pizza

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur", - deyə məlumatda qeyd olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!