“Şərqi Zəngəzur iqtisadi rayonu inkişafa güclü təkan olacaq” - Rusiyalı politoloq

saytların hazırlanması

Evə çatdırılma

“Şərqi Zəngəzur iqtisadi rayonu inkişafa güclü təkan olacaq” - Rusiyalı politoloq

Siyasət

16 İyul 2021 20:14 1075


“Azərbaycan həm hərbi, həm də diplomatik qələbə qazanıb. 44 günlük müharibə nəticəsində qaytarılan torpaqlar artıq bərpa olunmalı, insanların normal yaşayışı üçün əlverişli vəziyyətə gətirilməlidir. Həm də Qarabağ daha sürətli, tarazlı, səmərəli bərpa olması üçün vahid bölgə olaraq inkişaf etdirilməlidir. İğalçıların dağıtdıqlarının yerinə yeni, müasir infrastrukturun qurulması çox mühümdür”.

Yenisabah.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergei Markov Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılmasına münasibət bildirərkən deyib.

Ekspertin fikrincə, Qarabağ bölgəsi tarazlı şəkildə, yəni həm kənd təsərrüfatını, həm də müasir istehsalat sahələrini ehtiva etmək şərtilə inkişaf etdirilməlidir. Bu baxımdan dünya təcrübəsindən yararlanmaq kara gələr. Toyuqlu pizza

“Bölgənin kompleks inkişafı mühüm əhəmiyyət daşıyır və iqtisadiyyata böyük təkan verə bilər. Ermənilər məğlub oldular. İndi Ermənistan rəhbərlərinin hansısa etiraz bildirmələri sırf keçmişin əks-sədasıdır və sadəcə qısqanclıq hissindən irəli gəlir”, - rusiyalı politoloq qeyd edib./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!