Sərt karantin rejimi yenidən qayıda bilər? 

saytların hazırlanması

Evə çatdırılma

Sərt karantin rejimi yenidən qayıda bilər? 

Sosial

06 Fevral 2021 13:02 885


"COVİD-19 ölkəmizə gəlib çıxıbsa, demək onun yeni ştammının da (Britaniya növü) gəlmək ehtimalı var".

“Yeni Sabah” xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında həkim-pulmonoloq Günay Əliyeva deyib. Pulmonoloq bildirib ki, yumşalmaya getmək yoluxma riskini artırmır:

"Lakin hələ COVİD-in yeni ştammının yayıldığı barədə məlumat çox ölkələrdə təsdiqlənməyib. Məsələn, mən Almaniyadakı bir sıra həkimlə əlaqə saxlayıram. Düşünsək ki, Almaniya Britaniyaya daha yaxındır, amma hələ o ştammın orada yayılmağı təsdiqlənməyib. Ancaq yayılma ehtimalı böyükdür. Ona görə, mütləq qorunmağı unutmamalıyıq. Marqarita pizza

Biz azı 1 ildir COVİD-lə mübarizə aparırıq, yumşalmalara getsək belə insanlarımız artıq nə etməli olduqlarını bilirlər, maska taxmaq qüvvədədir. Yumşalmaya getmək yoluxma riskini artırır deməzdim. Yumşalmalardan 2-3 həftə sonra dinamikanı izləyib biləcəyik ki, artım gedir, getmir.

Düzdür, yeni ştammın yoluxduruculuq qüvvəsi daha yuxarıdır. Amma COVİD-19-a uşaqlar da yoluxurdu, sadəcə ağırlaşmalar qeydə alınmırdı. Gənc orqanizm olduğu üçün, maddələr mübadiləsi və dinamika yuxarı getdiyi üçün onlarda yaşlılarda gördüyümüz fəsadları görmürdük. Məlumatlara görə, COVİD-in bu yeni ştammının uşaqlar üçün deyildiyi kimi həyati təhlükəsi olan qabarıq bir nəticələri yoxdur. Lakin uşaqlar arasında da yoluxmanın qeydə alınması mümkündür".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!