Səudiyyə vəliəhdi gələn həftə Türkiyəyə gedir

saytların hazırlanması

Evə çatdırılma

Səudiyyə vəliəhdi gələn həftə Türkiyəyə gedir

Dünya

17 İyun 2022 12:44 931


Səudiyyə Ərəbistanı vəliəhdi gələn həftə Türkiyəyə səfər edəcək.

Yenisabah.az AFP-yə istinadla xəbər verir ki, yüksək rütbəli bir türk rəsmisi şahzadə Məhəmməd bin Salmanın iyunun 22-də Türkiyəyə gələcəyini deyib.

Bundan əvvəl Səudiyyə Ərəbistanına səfər edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Məhəmməd bin Salmanı Ankaraya dəvət etmişdi. Toyuqlu pizza

Vəliəhd şahzadənin səfəri əslində, mayın 25-ə planlaşdırılmışdı, lakin atası, Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləzizin xəstəliyi ucbatından o, təxirə salınıb.

İyunun 16-da bəzi Səudiyyə mənbələri Bin Salmanın gələn həftə İordaniya, Misir və Türkiyəyə səfər edəcəyini bildirib. Mənbələr etiraf edib ki, Səudiyyə vəliəhdi 3 ölkənin liderləri ilə regional və beynəlxalq məsələləri, o cümlədən İran, Yəmən müharibəsi, Rusiya-Ukrayna müharibəsinin regiona təsirləri və Ər-Riyadın bu ölkələrlə ikitərəfli əlaqələrinin gücləndirilməsini müzakirə edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!