Şimali Koreya yeni nüvə sınağı keçirə bilər

saytların hazırlanması

Evə çatdırılma

Şimali Koreya yeni nüvə sınağı keçirə bilər

Dünya

07 İyun 2022 10:59 751


Yaponiya hökuməti yaxın vaxtlarda KXDR-də yeni nüvə sınağının keçirilməsini mümkün hesab edir.

Yenisabah.az xəbər verir ki, bu barədə iyunun 7-də Tokioda keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin baş katibi Hirokadzu Matsuno bildirib .

O, Pxenyanın Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) nüvə sınaqlarına hazırlıq əlamətlərinin olması ilə bağlı hesabatını şərh edib: pizza mizza

“Şimali Koreya tərəfindən bu cür təxribatların baş verməsi ehtimalı var”.

Baş katibin sözlərinə görə, Tokio hazırda müvafiq məlumatları toplayır və təhlil edir, KXDR üzərində nəzarəti gücləndirir. İyunun 6-da MAQATE-nin baş direktoru Rafael Qrossi bildirib ki, KXDR Pungeri poliqonunda nüvə sınağına hazırlaşır. Onun sözlərinə görə, orada yeraltı keçidlərdən biri açılıb.

Qrossinin sözlərinə görə, nüvə sınağının keçirilməsi BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olacaq və ciddi narahatlıq yaradacaq.

Xatırlayaq ki, KXDR indiyədək altı nüvə sınağı keçirib, sonuncusu isə 2017-ci ilin sentyabrında keçirilib.

Qeyd edək ki, Seulda ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin hazırkı müavini Vendi Şerman iyunun 7-də bildirib ki, KXDR-də nüvə sınağı olacağı təqdirdə bu ölkə ABŞ və Cənubi Koreyadan qəti cavab alacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!