Şimali Koreyada yoluxma sayı 20 mindən aşağı həddə endi

saytların hazırlanması

Evə çatdırılma

Şimali Koreyada yoluxma sayı 20 mindən aşağı həddə endi

Dünya

22 İyun 2022 11:46 751


KXDR-də yüksək hərarətli xəstələrin sayında gündəlik artım dördüncü gündür ki ardıcıl olaraq 20 mini keçmir.

Yenisabah.az Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istinadla xəbər verir ki, əvvəlki gündə həkimlər 15 260 hadisə aşkar ediblər.

Koronavirusun yayılması fonunda aprelin sonundan bəri qızdırma əlamətləri olan KXDR əhalisinin ümumi sayı 4,67 milyonu ötüb. Onlardan 4,64 milyon nəfər sağalıb, daha 26 min xəstə müalicə alır. pizza hut

Yeni ölüm faktı qeydə alınmayıb, ümumilikdə 73 nəfər ölüb. Mayın 15-də KXDR-də gündəlik artım pik həddinə çatıb (392.920 hadisə).

Xatırladaq ki, Şimali Koreya koronavirus infeksiyasının aşkarlanması barədə ilk dəfə mayın 12-də məlumat yayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!